Milli Məclisdə "İlin gənc müəllimi" 2019 müsabiqəsinin qalibləri mükafatlandırılıb. İkinci ildir təşkil edilən müsabiqə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilib.

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıb. Komitə sədri ölkədə gənclər siyasəti istiqamətində görülən işlərdən də danışıb.

Müsabiqənin təşkilatçılarından biri - AZEDU.az portalının direktoru, Parlament Jurnalistlər birliyinin sədri Elşad Eyvazlı nəticələr barədə məlumat verib.

Müsabiqənin məqsədi ən yaxşı müəllimləri üzə çıxarmaq və gənc müəllimlərin cəmiyyətə faydalı fəaliyyətlərini qiymətləndirərək onları daha da həvəsləndirməkdir.